Ötən sutka ərzində 20 yanğına çıxış və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə dekabrın 21-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-nin qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Həmçinin Mingəçevir şəhərində baş vermiş yanğın zamanı tüstüdən boğulmuş 1940-ci il təvəllüdlü şəxsin və İsmayıllı rayon Zərgəran kəndində torpaq uçqunu altında qalmış 1967-ci il təvəllüdlü şəxsin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.