Dünən, dekabrın 21-də 32 yanğına çıxış, 4 köməksiz vəziyyətdə qalma və 1 avtomobil qəzası faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ümumilikdə 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib.
Eyni gündə Quba rayonunda Qonaqkənd qəsəbəsində yük avtomobili yol kənarına aşıb. Nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas edilib.
Həmçinin yanğın zamanı 3 nəfərin tüstüdən zəhərləndiyi bildirilib.