Ötən gün Azərbaycanda 38 yanğın baş verib. Bu barədə aprelin 22-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas olunub.