Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın səhər saatlarında söndürülüb. Bu haqda aprelin 29-da FHN məlumat yayıb.
Ümumilikdə 4000 kv.m sahə söndürülüb. Digər hissələrdə isə konstruksiyaların söküntüsü aparılır.
Yanğın zamanı xəsarət alan olmayıb.
Baş Prokurorluğun istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, aprelin 28-də "Azərsun Sənaye Parkı”nın ərazisində güclü yanğın başlamışdır.