Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha 1 nəfərin meyiti aşkar edilib.
Bu barədə İnsanoid.com Sabunçu Rayon Prokurorluğuna istinadən məlumat verir.
Xəbər verildiyi ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 1 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.