Ötən gün ölkədə 54 yanğın baş verib. 4 köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə martın 31-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində yanğınlar söndürülüb.
3-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən deformasiyaya uğrayan avtomobillərdə sıxılı vəziyyətdə qalmış 3 nəfər xilas edilib.
Həmçinin, Bakının Yasamal rayonunda dərəyə aşan avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.