Ötən gün Azərbaycanda 57 yanğın baş verib. Bu barədə aprelin 7-də Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
5 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi təmin edilib. FHN-in qüvvələri tərəfindən 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib.