Ötən sutka ərzində 22 yanğına çıxış olub. Ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Bu barədə FHN 4 oktyabr tarixində xəbər verib.
Qazax rayonunun Daş Salahlı kəndində yük avtomobilinin dərəyə aşması nəticəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas edilib.
Bakı şəhərinin Xətai rayonunda isə minik avtomobilinin dəmir maneəyə çırpılması nəticəsində sıxılı vəziyyətdə qalmış 69 yaşlı vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sutkanın istənilən vaxtı FHN-in “112” qaynar xəttinə ödənişsiz olaraq zənglər qəbul olunur.