Ötən sutka ərzində 12 yanğına çıxış olub. Ümumilikdə 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib. Bu barədə FHN noyabrın 4-də məlumat verib.
Məlumata əsasən, Bakının Sabunçu rayonunda 25 metr dərinliyi olan su quyusuna düşən 1 nəfər xilas edilib.
Nazirliyin “112” qaynar telefon xətti 24 saat aktivdir.