Ötən sutka ərzində 33 yanğına çıxış olub. Nəticədə 5 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Bu barədə FHN 11 noyabr tarixində məlumat verib.
Ümumilikdə 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib.
Həmçinin Bakının Nəsimi rayonunda külək səbəbindən küçədə avtomobilin üzərinə aşaraq yolda hərəkəti məhdudlaşdıran ağac ərazidən götürülüb.
Nazirliyin “112” qaynar telefon xətti 24 saat aktivdir.