Ötən sutka ərzində FHN tərəfindən 4 nəfər xilas edilib. Bu haqda qurum oktyabrın 6-da məlumat yayıb.
Belə ki, ötən gün 13 çıxış və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə əməliyyatlar keçirilib. Nəticədə yanğınlar söndürülüb və 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Həmçinin Bakının Sabunçu rayonunda 1952-ci il təvəllüdlü şəxsin meyiti mənzildə bağlı qapı arxasında aşkarlanalaraq aidiyyəti üzrə təhvil verilib.