Ötən sutka ərzində 12 yanğına çıxış olub. Ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Bu barədə FHN 2 noyabr tarixində məlumat verib.
Məlumata əsasən, paytaxtın Qaradağ rayonunda “Ford” və “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitəsində qalmış 2 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılıb.
Həmçinin Bakının Nizami rayonunda 82 yaşlı vətəndaşın meyiti mənzildə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin “112” qaynar telefon xətti 24 saat aktivdir.