Ötən sutka ərzində ölkədə 108 yanğın söndürülüb, 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Bu barədə FHN avqustun 20-də məlumat yayıb.
Həmçinin, Bakı şəhərinin Yasamal və Sabunçu rayonlarında mənzildə 1945-ci il təvəllüdlü Qalina Nikuşinanın və 1953-cü il təvəllüdlü Aleksandr Aqafanovun meyitləri aşkar edilib.