Gədəbəydə 48 yaşlı kişi su quyusuna düşərək həlak olub. Bu haqda 11 mart tarixində APA məlumat yayıb.
İnsident rayonun Ərtəpə kəndində baş verib. O, təxminən 3-4 metrlik su quyusuna düşərək boğulub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İddia edilir ki, mərhumun psixi problemləri olub.
Faktla bağlı araşdırma aparılır