2022-ci ildə Azərbaycana 5 424 330 doza vaksinin gətirilməsi nəzərdə tutulur. Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Gələcək vaksinlərin 4 milyon dozası "CoronaVac", 1 344 330 dozası "Biontech/Pfizer", 80 000 dozası isə "Sputnik V" peyvəndidir.