2022-ci ildə Gürcüstanın xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi olacaq. Bunu dekabrın 18-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib.
Onun sözlərinə əsasən, Gürcüstan regionun potensialından maksimum istifadə etmək və infrastruktur layihələrini inkişaf etdirmək niyyətindədir.
“Türkiyə və Ermənistanla da münasibətlərin inkişafına diqqət yetiriləcək”, - deyə nazir qeyd edib.