208 il bundan əvvəl, bu gün Azərbaycan torpaqlarının iki yerə bölünməsinin əsasını qoymuş Gülüstan sülh müqaviləsi imzalanıb.
Müqavilə 1813-cü ilin 12 oktyabrında Rusiya İmperiyası ilə İran arasında imzalanıb. Bu müqaviləyə əsasən, Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərtilə Arazın şimalındakı bütün Azərbaycan xanlıqları - Lənkəran, Şirvan, Dərbənd, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiyanın tərkibinə qatıldı.
1828-ci ildə isə ikinci Rusiya-İran müharibəsindən sonra, balaca Türkmənçay kəndində daha bir “sülh” müqaviləsi imzalanaraq Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya qatılmışdır. Türkmənçay müqaviləsinin bu il 193 ili tamam olub.