Xəzərin sahilboyu ərazilərində 16 asma mühərrikli qayıq saxlanılıb. Bu barədə martın 14-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini pozan 5 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Nəzarət tədbirləri Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı, Binəqədi rayonunun Novxanı, Sumqayıt şəhərinin Corat və H.Z.Tağıyev yaşayış məntəqələrinin Xəzər dənizinin sahilboyu ərazilərində keçirilib.