Narkotik maddələr Əfqanıstandan İrana, daha sonra Azərbaycana daşınır. Bunu Gömrük Komitəsinin general-mayoru Məsum Rəsulov oktyabrın 28-də Report-a bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin 9 ayı ərzində 2 tona yaxın narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Həmin müddət ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər Azərbaycan vətəndaşı və 21 nəfər əcnəbi (9 İran, 8 Türkiyə, 3 Rusiya, 1 Ukrayna vətəndaşı) saxlanılıb.
Məsum Rəsulov əlavə edib ki, işğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq üçün “Qubadlı” gömrük postu yaradılıb.