Azərbaycan və Rusiya sərhədində yerləşən yeni “Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi ilə yüklərin daha sürətli daşınmasına şərait yaradacaq. Bu barədə oktyabrın 22-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, inşaat işləri başa çatdıqdan sonra gömrük postu sərhədkeçmə proseslərini asanlaşdıracaq və Azərbaycanın tranzit imkanlarını genişləndirəcək. Həmçinin sərhəddə yaranan növbələr tam aradan qaldırılacaq.
“Gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, onun ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur”, - deyə Gömrük Komitəsindən bildirilib.