Azərbaycan gömrükçüləri tərəfindən 133,4 kiloqram narkotik vasitə aşkar edilib. Bu haqda Dövlət Gömrük Komitəsi sentyabrın 17-də məlumat yayıb.
Belə ki, Naxçıvandan Türkiyəyə gedən "Mercedes-Benz" markalı avtomobilə Şahtaxtı dövlət sərhədində baxış keçirilib. Xidməti itin reaksiyası nəticəsində qara rəngli süngər daşı yükünün içində 68 kiloqram 390 qram tiryək tapılıb.
Daha sonra, Türkiyə vətəndaşının idarə etdiyi "Man" markalı avtomobildən də 65 kiloqram 20 qram tiryək aşkarlanıb.
Faktla bağlı “qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi” maddəsi ilə cinayət işi açılıb.
Bundan əvvəl, mayın 20-də Astara gömrük postunda "DAF" markalı yük avtomobildən 244 kiloqram 605 qram narkotik vasitə - heroin aşkar edilmişdir.