Rusiyadan ölkəyə gələn avtomobillərdən 87900 həb dərman preparatları və 100 ədəd tibbi ləvazimatlar aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsi sentyabrın 10-da məlumat yayıb.
Azərbaycan vətəndaşlarının idarə etdiyi "Volvo" və "DAF" markalı avtomobillər "Samur" gömrük postunda saxlanılıb. Yoxlama zamanı gömrük nəzarətindən gizlədilən məhsullar nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində tapılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, sentyabrın 9-da "Qırmızı Körpü" gömrük postunda "Mercedes Benz" markalı avtomobil saxlanılıb. Axtarış nəticəsində avtomobilin hava balonunun içərisində 3000 kapsul, 1250 həb müxtəlif adda dərman preparatları və 100 ədəd krem aşkarlanıb.