Oktyabrın 6-da Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycana qaçaqmalçılıq yolu ilə dərmanların keçirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verib.
Qırmızı Körpü gömrük postunda saxlanılan Mercedes-Benz və Man markalı yük maşınlarından müxtəlif dərmanlarla dolu 363 flakon və şpris aşkar edilib.