Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda aksiz markası olmayan spirtli içkilər və siqaretlər Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müsadirə edilib. Bu barədə oktyabrın 26-da Komitə məlumat verib.
O, spirtli içkilərin yaşayış sahələrində saxlanılması və satış məqsədilə realizə edilməsində şübhəli bilinir.
Məlumata əsasən, saxlanılan şəxsin “Daewoo Damas” markalı minik avtomobilinin salon və arxa yük yerində 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb. Onun Bakının Badamdar qəsəbəsindəki evinin həyətyanı sahəsində isə 1 443 ədəd spirtli içkilər və 100 qutu “Davidoff gold slims” markalı siqaretlər aşkar edilib.
Müsadirə edilən spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48 502 manatdır.