Bugün, dekabrın 10-u Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi iıə əvəz olunacaq.
Havanın temperaturu Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxta, gündüz 3-8° isti olacaq.