Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.