Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.