Gəncədə yeniyetmə qız 5-ci mərtəbədən yıxılıb. Bu barədə yanvarın 29-da APA məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən beşmərtəbəli binada qeydə alınıb.
2006-cı il təvəllüdlü qız yaşadığı evin eyvanında paltar asan zaman ehtiyatsızlıqdan yerə yıxılıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.