Gəncə şəhərində "Gəncə İş Adamları" İctimai Birliyinin təqlimat mərasimi keçirilib. Bu barədə 20 dekabr tarixində Report məlumat verib.
Birliyin məqsədi Gəncədə fəaliyyət göstərən sahibkarları vahid platforma ətrafında birləşdirməkdir. Mərasimdə Gəncənin tarixi və iqtisadi imkanlarına, eləcə də "Gəncə İş Adamları" İB-nin fəaliyyəti ilə bağlı video çarxlar nümayiş etdirilib.
Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, yeni yaradılan birlik Gəncəli iş adamlarına dəstək olmaqla bölgədə iqtisadi aktivliyə, investisiyaların artımına fayda verəcək.
Gəncə şəhərində son 9 ayda 1500-dən artıq daimi iş yeri yaradılıb.