Gəncədə cibgir qardaşlar tutulub. Bu barədə Report-a DİN-dən məlumat verilib.
Polisə avtobusda qadın sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub. Oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə. Adıgözəlov və qardaşı U. Adıgözəlov saxlanılıb.
Bundan başqa, Ə. Adıgözəlovdan ov tüfəngi götürülüb.
Müəyyən olub ki, onlar avtobusda və küçədə qadınların cibindən mobil telefonunu, həmçinin bir evin həyətindən su mühərriki, rezin və dəmir borular, digər bir evdən isə təmir-tikinti alətləri oğurlayıblar.