Gəncədə sağlamlıq imkanları məhdud olan yeniyetmə qıza cinsi təcavüz edilib. Bu haqda martın 11-də Oxu.az məlumat yayıb.
62 yaşlı qonşunun yeniyetmə qıza təcavüz etdiyi bildirilir. Hazırda 17 yaşlı qız 7 aylıq hamilədir. O, hamilə olduğunu aylar sonra bilib.
Yeniyetmənin sözlərinə görə, o, uşağı istəmir və hamiləliyin sonlandırılması üçün maddi imkanı yoxdur.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.