Gəncədə Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda yanvarın 13-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən bulağı tikdirəcəyini vəd edərək onlardan pul alıb.
Həmin şəxs etdiyi əməli etiraf edib və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini deyib.
Faktla bağlı araşdırma aparılır.