Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, ona şərti cəza verilib. Bu haqda 8 yanvar tarixində Report məlumat yayıb.
Sözügedən şəxs barəsində həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz edilib.
Hadisə 2021-ci il martın 25-də axşam saatlarında Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Gəncə sakini ailə münaqişəsi zamanı bacısının həyat yoldaşını və onun qardaşını bıçaqlayıb. Daha sonra o, polis tərəfindən saxlanılıb.