Gəncədə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Bu barədə yanvarın 8-də Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, saxlanılan şəxslərin üzərindən heroin, metamfetamin, qurudulmuş marixuana və digər narkotik vasitələr aşkarlanıb.
Həmçinin müəyyən edilib ki, şübhəli bilinən şəxslərdən biri İran vətəndaşından sosial şəbəkə üzərindən narkotik vasitə alıb.
Faktlarla bağlı araşdırmalar davam edir.