Gəncədə bir neçə gün əvvəl küləyə görə aşan Qala Qapıları üzərindəki gerb bərpa edilib. Bu haqda martın 23-də 1news.az xəbər portalına sakinlərdən məlumat verilib.
Sözügedən hadisə martın 20-də baş verib. İcra Hakimiyyətindən bildirilib ki, həmin gün işçilərin təhlükəsizliyi baxımından gerbi bərpa etmək mümkün olmayıb.
Şəhərdə hava şəraiti sabitləşdiyi üçün işlər dünəndən başlayıb.