Gəncə şəhərində qudasını bıçaqlamaqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəməsi başlayır. Bu haqda 6 yanvar tarixində Report məlumat yayıb.
İş yekunlaşaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
İnsident keçən il iyulun 18-də baş verib. Göygöl rayonunun Topalhəsənli kənd sakini şəhərdəki bazarların birində şəxsi münasibət zəminində qudasını bıçaqlayıb.
Hadisə yerindən qaçan cinayətkar daha sonra saxlanılıb.