Gəncədə 19-20 sentyabr tarixlərində “Gəncəsənət” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-satış yarmarkası keçiriləcək. Bu haqda 16 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi saytında məlumat verilib.
Yarmarka Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunacaq. Sərgidə sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq.
Tədbirin əsas məqsədi yaradıcılıqla məşğul olan insanlarla sənətkarlar arasında əlaqələrin qurulması, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsidir.