Gəncədə və Ağstafada dəm qazından zəhərlənmə halları qeydə alınıb. Bu barədə martın 31-də APA məlumat yayıb.
Gəncədə 21 yaşlı şəxs İsrafil Məmmədov küçəsində yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. O, xəstəxanaya çatdırılıb.
Analoji hadisə Ağstafanın Dağ kəsəmən kəndində qeydə alınıb. 32 yaşlı şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.