Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində 3 nəfər həlak olub. Bu barədə FHN oktyabrın 28-də məlumat verib.
Hadisə nəticəsində 31 yaşlı sakinin, onun 14 yaşlı oğlunun və 9 yaşlı qızının meyitləri aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğın ümumi sahəsi 160 m² olan 4 otaqlı evdə baş verib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma davam edir.
Nazirliyin “112” qaynar telefon xətti 24 saat aktivdir.