Gəncədə yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib. Bu barədə martın 24-də APA məlumat yayıb.
Hadisə Tağı Arani küçəsində baş verib. 17 yaşlı qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.