Göyçay rayonunda və Gəncə şəhərində avtoxuluqanlar saxlanılıb. Bu barədə 7 yanvar tarixində Report və Azərtac məlumat verib.
Məlumatda bildirilir ki, Gəncə şəhərində saxlanılan “Nissan” markalı avtomobilin sürücüsü narkotik vasitənin təsiri altında olub.
Hər iki saxlanılan şəxs polis əməkdaşlarının saxla əmrinə tabe olmayıblar. Onlar məhkəmənin qərarı ilə sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs ediliblər.