Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə 31 yanvar tarixində Apa məlumat verib.
Belə ki, Hökmə əsasən, Məharət Musayev və Əli Rüstəmov 4 il azadlıqdan məhrum edilib. Razin Qəhrəmanov isə 10 min manat cərimə edilib.
Qeyd edək ki, həmin şəxslər barəsində “vəzifə səlahiyyətlərini aşma”, “dələduzluq”, “rüşvət alma”, “rüşvət vermə”, “qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə” maddələri ilə yekun ittiham verilib.