Bugün, oktyabrın 4-də Gəncədə mülki yaşayış məntəqələrinin Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket atəşinə məruz qalmasından bir il ötür.
Bu raket hücumu cəbhə bölgəsindən 60-70 kilometr məsafədə törədilib. Nəticədə bir mülki şəxs şəhid olub, 32 mülki şəxs isə xəsarət alıb. Yaşayış evləri və bəzi tarixi tikililər dağıdılıb.
Baş verənlərdən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin “Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma”, “Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma”, “Silahlı münaqişə zamanı cinayətkar əmr vermə”, “Qəsdən adam öldürmə”, “Əmlakı qəsdən məhv etmə”, “Terrorçuluq”, “Cinayətkar birlik (təşkilat) yaratma”, “Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma” maddələri ilə cinayət işi başlanılıb.
Beş yüz mindən çox dinc əhalisi olan şəhərə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən 4, 5, 8, 11, 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər isə xəsarət alıb.
Gəncə - Azərbaycanın keçmiş paytaxtı və ikinci ən böyük şəhəridir.
Today a year has passed since #Armenia grossly violated all principles of humanitarian law by attacking the #Ganja city ??, the civilian settlements located beyond the conflict zone.
Remembering the innocent #victims with sorrow & pain!#ArmenianWarCrimes#ArmenianAggression pic.twitter.com/agige1tNDv— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) October 4, 2021