Sosial şəbəkələrdə gəncin itin boğazına ip keçirərək işgəncə verməsini əks etdirən görüntülər yayılıb. Bu haqda martın 31-də Oxu.az məlumat yayıb.
Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.
İtlə bu cür amansızlıqla davranan şəxs sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
DİN əməkdaşları tərəfindən araşdırmalar aparılır.