Gəncədə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Bu haqda yanvarın 13-də APA məlumat paylaşıb.
Onlardan birinin üzərindən marixuana aşkar edilib. Daha sonra isə ona narkotik vasitəni satmış şəxsdən 25 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Məlumata əsasən, saxlanılan şəxslərin hər biri daha öncə də məhkum olunmuşdur.
Faktla bağlı araşdırma davam edir.