Gəncə şəhər sakinindən silah-sursat götürülüb. Bu barədə 11 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Gəncə şəhər sakini tapdığı “Naqan” markalı tapançanı və 79 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Polis İdarəsinə təhvil verib.