Gəncədə tələbələrin yaşadığı evə basqın edilib. Bu haqda fevralın 1-də APA məlumat paylaşıb.
Məlumata əsasən, 3 tələbənin kirayə yaşadığı mənzilə naməlum şəxs daxil olub. O, tələbələrə bıçaqla hədə-qorxu gələrək, 4 min manatlıq əmlaklarını götürərək gedib.
Faktla bağlı araşdırma davam edir.