Əmək bazarında mövcud olan problemlərdən biri gənclərin öz ixtisaslarına uyğun iş tapmamasıdır. Bu barədə dekabrın 8-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
Məlumata əsasən, Azərbaycanda hər il 100 mindən çox gənc əmək bazarına daxil olur.
“Gənclərin peşə bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir, həmçinin peşə hazırlığı hər il genişləndiriləcək. Ardıcıl şəkildə aktiv məşğulluq proqramları həyata keçirilir”, - deyə nazir vurğulayıb.
Son 4 ildə 36 min ailə özünüməşğulluq proqramı nəticəsində sahibkarlara çevrilib.