“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Cəlilabad rayonunda biznes təlimlərinə start verilib. Bu barədə 31 yanvar tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytında məlumat verilib.
Layihədə Cəlilabadda peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edir. Bir həftə davam edəcək təlimlərdə sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar kimi ilkin biznes bilikləri öyrədiləcək.
2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında təşkil olunacaq. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir.
Təlimləri uğurla bitirən gənclərin seçdikləri fəaliyyət sahələri üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunması planlaşdırılır.
[URIS id=28961]