Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.
“APA”nın verdiyi məlumata görə, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro stansiyasında qatar hərəkət edərkən baş verib. 2001-ci il təvəllüdlü gənc üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.